Gələn il dünyada koronavirusun yeni və daha təhlükəli növü yarana bilər.
Bu barədə Sürix Texniki Məktəbinin immunoloqu Say Reddi “RİA Novosti”yə açıqlamasında bəyan edib.
Həkimin sözlərinə görə, hazırda mövcud ştamların təhlükəli sintezi epidemiyanın növbəti mərhələyə qədəm qoymasına gətirib çıxara, bu isə öz növbəsində çoxsayda insan tələfatı ilə müşaiyət oluna bilər.
Reddi yeni mutasiyaları qaçılmaz adlandırıb və onların orqanizmin immun sistemini məğlub etməyi öyrənəcəklərini bildirib.

Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.
 TASS-a istinadən xəbər veririk ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi təsdiqləyib.
"Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib.
Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi araşdırmaları davam etdirir.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib.

Kanadanın baş naziri Castin Trüdo Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiyaya səfər etmək planlarından imtina edib.
C.Trüdonun səfərdən imtina etməsi Oyunların təşkilatçılarının yarışmanı Tokioda və digər bir sıra əyalətlərdə tamaşaçısız keçirmək qərarı ilə əlaqədardır.
Qeyd edək ki, Tokio Olimpiadasi 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarışlar bir il təxirə salındı ​​və 23 iyul - 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Təşkilatçılar Oyunların xarici azarkeşlər olmadan keçirilməsinə qərar veriblər, yerli tamaşaçılar da Tokio da daxil olmaqla 6 əyalətdə keçiriləcək tədbirlərə buraxılmayacaqlar.

Ermənistanınn Gümrü şəhərində baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında toqquşma baş verib.
Erməni KİV-lərinin məlumatına görə, insident N.Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının seçki kampaniyası zamanı qeydə alınıb.
Tərəflər arasında sözlü mübahisə kütləvi davaya çevrilib.
Bundan başqa, Ararat vilayətində Demokrat partiyasının rəsmiləri seçicilərlə görüş zamanı polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Çərşənbə, 09 İyun 2021 16:56

Bolqarıstan qırıcısı Qara dənizə düşüb

Yazan

Bolqarıstan Hərbi Hava Qüvvələrinin qırıcısı Qara dəniz üzərində qəzaya uğrayıb.
MiQ-29 təyyarəsi təlim uçuşları həyata keçirən zaman radarlardan itib.
Hadisə yerində axtarış-xilasetmə işləri başlayıb. Təyyarə pilotunun taleyi naməlumdur.
Bolqarıstanın müdafiə naziri qəza yerinə yollanıb. Taktiki təlimlər dayandırılıb.

Avqustun 9-da İsrailin Təl-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.

Pressinfo.az AzTimes.az a-iatinadan xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. “İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq!” şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. “Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq”, – həmvətənimiz vurğulayıb. A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb

“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili 1 058 AA Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.

BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Belə bir fikir var ki, 2008-ci ildə Gürcüstanın dar günündə Azərbaycan ona yardım əli uzatmışdı. Bu barədə nə düşünürsünüz? - Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır. - Azərbaycanla Gürcüstan arasındakı münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır? - Çünki Azərbaycan və Gürcüstan iki qardaş ölkədir. Ölkələrimiz Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında yerləşir və bu çox mühüm rol oynayır. Həmçinin, xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcüstan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə, dəstək və ümumi inkişaf amilidir. Ona görə bu, demək olar ki, ideal bir uyğunluqdur. - Son dövrlər Gürcüstan hökumətinin Serbiya silahlarını Gürcüstan ərazisi üzərindən Ermənistana ötürməsi barədə məlumat yayılıb. Bu məlumata münasibət bildirə bilərsiniz? - Bu məlumat yoxlanıb təsdiqlənsə, ölkələrimiz arasındakı ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regionda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil. Onlar güclü xarici təsir altındadır. Bu məhz Gürcüstanın xaricindən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Ölkəniz Gürcüstanın inkişafı üçün vacib amildir. Bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir addım Gürcüstan xalqına qarşı atılmış bir addımdır. - Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində, istərsə də ictimaiyyətdə çox böyük qınaqla qarşılandı. Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Yenə də, məlumat təsdiqlənsə, bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına da qarşı atılmış bir addım olacaq. Bu addım regionda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqların müqabilində bu çox böyük nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heç bir səbəbimiz yoxdur. Biz Azərbaycana dərindən minnətdar olmalıyıq. - Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Bu məlumat seçkilərin nəticələrinə necə təsir göstərəcək? - Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən, Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər.

1 -dən səhifə 5