Çərşənbə axşamı, 24 Avqust 2021 14:17

Cordan Messinin hesabına kef edir

MBA-nın məşhur oyunçusu, "Hornets"klubunun sahibi əfsanəvi basketbolçu Maykl Cordan (Michael Jordan) Xorvatiyada tətildədir.
Bu barədə "Fadeaway World" xəbər saytı məlumat yayıb.
Cordan, istirahətə həyat yoldaşı və dostları ilə birlikdə yollanıb. Basketbolçu həftəsi 1,2 milyon dollara başa gələn "O’Pari" adlı yaxtanı icarəyə götürüb.
Daha əvvəl xəbər vermişdik ki, 58 yaşlı Cordana məxsus "Air Jordan" PSJ-nin ortaqlarından biridir. Şirkət hər bir formanın satışından 5% alır. "Air Jordan" Messinin adı yazılan formanın satışından ilk həftəyə 6 milyon avro qazanmışdı. Hazırda isə qazancın 8 milyon avro olduğu bildirilir.

"MakLaren" komandası tərəfindən "Formula 1" Dünya çempionatı yarışlarında iştirak edən britaniyalı pilot Lando Norris Avropa futbol çempionatının final matçından sonra qarət edilib.
Bu barədə "MakLaren"in mətbuat xidməti məlumat verib.
"MakLaren Lando Norrisin Avro-2020 turnirinin final matçından sonra "Uembli" stadionunda baş verən insidentdə qol saatının əlindən alınmasını təsdiqləyir. Pilot hadisə zamanı zədələnməyib, lakin anlaşılan səbəbdən sarsılıb", - açıqlamada bildirilir.
Məlumata əsasən, İngiltərə - İtaliya matçı bitdikdən sonra iki naməlum şəxs L.Norrisi "Uembli" stadionunun avtomobil dayanacağında saxlayaraq onun 40.000 funt sterlinq dəyərində saatını mənimsəyiblər.

İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Ukrayna millisinin İsveç yığması üzərində qələbəsindən sonra 1/4 finala çıxan bütün komandalar bəlli olub.
1/4 final mərhələsinə İsveçrə, İspaniya, Belçika, İtaliya, Çexiya, Danimarka, İngiltərə və Ukrayna vəsiqə qazanıblar.
İyulun 2-si Sankt-Peterburqda İsveçrə-İspaniya matçı, Münhendə isə Belçika-İtaliya matçı baş tutacaq.
Digər iki oyun - Çexiya-Danimarka və Ukrayna-İngiltərə - iyulun 3-ü Bakıda və Romada keçiriləcək.

Bazar ertəsi, 27 İyul 2020 13:48

“Yuventus”Dan Ardıcıl 9-Cu Çempionluq! -

İtaliya A Seriyasında XXXVI turun son oyunu keçirilib. Turindəki "Alyans Stedium"da "Yuventus" "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olub.

"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Sarri 61 yaş 198 günlüyündə bu nailiyyətə imza atıb.

"Sampdoriya" hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub

cbcsport.az 

"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib.

Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır.

Daha öncə komandanın başına “Leypsiq”in baş məşqçisi Ralf Raqnikin gətiriləcəyi deyilsə də, rəhbərlik bu variantdan imtina edib.

 
cbcsport.az
1 -dən səhifə 5