Çərşənbə axşamı, 08 İyun 2021 13:02

Qənirə Paşayeva məmurlara hiddətləndi Xüsusi

Qənirə Paşayeva Vətən Müharibəsi şəhid ailəsinin müraciətinə baxılmadığına görə məmurlara hiddətləndi.
Deputat bu barədə Milli Məclisin iclasında çıxış edib:
“Adam şəhid verib, özü də Birinci Qarabağ müharibəsi əlilidir. Nə istəyir? İstəyir ki, məhkəmənin qərarı yerinə yetirilsin. Haqqı olanı alsın. Məmurlar mənə deyirlər ki, Qənirə xanım, bu məsələni Milli Məclisdə 3 dəfə qaldırmısınız. Deputatla belə bir üslübda, belə bir tonda danışmaq heç doğru yanaşma deyil. Mən hansı məsələni neçə dəfə qaldıracağam, bunu seçicilərim müəyyən edir, hansısa məmur yox. Qurumlardan cavab ala bilmirəm, ona görə dəfələrlə məsələni qaldırmalı oluram. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Əgər yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!.”.

Oxu 40 dəfə