SOSİAL
SOSİAL

SOSİAL (101)

Kiçik marketlərə giriş üçün COVID-19 pasportu tələb olunmayacaq. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əgər market iri ticarət mərkəzinin daxilindədirsə, o zaman giriş üçün COVID-19 pasportu tələb olunacaq. Ancaq market kənarda yerləşirsə, pasport tələb olunmayacaq.
Həmçinin bildirilib ki, iri ticarət mərkəzi olan böyük marketlərə giriş üçün də COVID-19 pasportu tələb olunacaq.

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Lerik rayon Noda kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Lerik Rayon Prokurorluğunudan verilən məlumata görə, ibtidai istintaqla müəyyən edilib ki, Noda bələdiyyəsinin sabiq sədri Səlim Səfərov işlədiyi müddətdə dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləmiş, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Səlim Səfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Çərşənbə, 30 İyun 2021 11:45

"Volt Azərbaycan" cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görülüb.
Xidmətdən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.
Bununla əlaqədar “Volt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.
Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

14 iyun 2021- ci il tarixində Azərbaycanımızın qəhrəman şəhidi adına layiq görülmüş qəhrəmanlarımızdan biri Şahmurov Mübariz Agahüseyn oğluna həsr olunmuş "21- lər" adlı tədbir keçirildi. Tədbir Azərbaycanımızın hörmətli vitse-spikeri Adil Əliyevin məsləhəti və dəstəyi ilə həyata keçdi.Tədbirin layihə rəhbəri Türkan Səfərova, eyni zamanda tədbirdə izlədiyimiz "21- lərdən biri" adlı sənədli filmin ssenari müəllifidir. Filmin quruluşçu rejissoru və direktoru polkovnik leytenant Zahid Qarayev filmi ərsəyə gətirmək üçün uzun müddət bu filmin üzərində işləmişdi. Zahid Qarayev tədbiri açıq elan edərək sözü hörmətli millət vəkilimiz Adil müəllimə verdi. Adil müəllim 44 gün ərzində gedən müharibənin çətinliklərindən, xalqımızın nə qədər şəhid verməsindən çox böyük ürək ağrısı ilə danışdı. Şəhidləri bir dəqiqəlik sükutla yad etdik. Millət vəkilimiz sözünə davam etməyə başladı. Lakin bu itkiləri verməyimizə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır" şüarı ilə xalqımız ayağa qalxdı.Rəşadətli xalqımız dövlət başçısının ətrafında sıx birləşərək " Hər şey cəbhə üçün" deyərək heç kəs əlindən gələni əsirgəmədi. .Ata və analar qürurla oğullarını döyüş bölgələrinə göndərdilər.İgid oğullarımız " Hər şey Vətən naminə" deyərək qanları bahasıına torpaqlarımızı düşməndən azad etdilər. Şəhidlik zirvəsinə qalxdılar. Dünya Azərbaycanı cəsur xalq olaraq tanıdı. Azərbaycan xalqı yeni tarix yazdı. Şanlı ordumuz qələbə çaldı. Millət vəkili Vitse- spikerimiz Adil Əliyev onu da qeyd etdi ki, Şəhid ailələrinə diqqət və qayğı göstərmək, bu qəhrəmanları tədbirlər vasitəsilə tanıtmaq, eyni zamanda qazilərimizə də hörmət və ehtiramla yanaşmaq, onları da tanıtmaq bizim hər birimizin mənəvi borcumuzdur.
Daha sonra tədbir iştirakçıları filmi izlədilər. Filmdə Azərbaycan Hərbi Tarixi Muzeyin rəhbəri polkovnik Əzizağa Qənizadə,filmin rejissoru,eyni zamanda polkovnik Zahid Qarayev, qəhrəman şəhidimizin ailəsi, dostları, Xocalı soyqırımı İ.B.sədri Şamil Sabiroğlu, Xocalıda əsir düşmüş Valeh Hüseynov və başqaları danışdılar.Filmi izlədikdən sonra tədbir iştirakçıları filmi bəyəndiklərini söyləyərək film haqqında öz fikirlərini bildirdilər. Tədbirin sonunda Zahid müəllim başda Adil müəllim olmaqla ona bu möhtəşəm işdə kömək edən, tədbirdə iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirdi. Tədbirdən sonra isə Şəhid ailələri ayrı ayrılıqda Vitse- spikerimizə və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür etdilər.Onu da qeyd etmək istərdik ki, tədbirin yüksək səviyyədə həyata keçməsi üçün Xəyal Rəşid Bağırov, Mahir Hüseynbəyli, Famil İsmayılov və İftixar Həsənovun da böyük zəhməti olub. Biz də bu işdə əziyyəti keçən hər kəsə öz minnətdarlığımızı bildiririk. Qürur hissi duyuruq ki, Azərbaycanımızın belə fədakar, qəhrəman oğul və qızları var. Sonda onu bildirmək istərdik ki, Hörmətli Millət Vəkilimiz Adil müəllim Şəhid və Qazi ailələrinə qarşı öz diqqət və qayğısını heç vaxt əsirgəməyib, hər zaman onları dəyərləndirib, dəstəkləyib. Hər zaman Şəhid və Qazilərimizi tanıtmaq bizim borcumuzdur. Biz fəxr edirik ki, azərbaycanlıyıq.

Cəmilə Vasifqızı
AJB -nin üzvü

 

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi cinayətkarları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb. Vəkil bildirib ki, təqsirləndirilən şəxslər şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında otursun. Vəsatət təmin edilib və təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşiblər.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Lüdviq Mkrtiçyan Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb.
Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirərək işgəncə verib. Lüdviq Mkrtiçyan Kəlbəcərdə Murovdağda 94-cü ildə əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncə verib, ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə müxtəlif xəsarətlər yetirib.
Lüdviq Mkrtiçyan Alyoşa Xosrovyanla birlikdə bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüləndən sonra Şuşa həbsxanasında ona ağır işgəncələr verib. Lüdviq Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçaları ilə yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb.
O, 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nahiyəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseyn Iki gözünün görmə qabiliyyətini itirib.
Bununla yanaşı, L.Mkrtiçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlunu Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib.
İttiham aktına görə, digər təqsirləndirilən Alyoşa Xosrovyan Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb, xəsarətlər yetirib.
Lüdvik Mkrtiçyan erməni qruplaşması ilə birləşərək 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Həsənov Zahidi qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb.
Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb 1 il yumruq və təpiklə vurub, siqaret kötüklərini bədənində söndürüb ağır işgəncə verib.
L.Mkrtçyan 1994-cü ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşənə işgəncələr verib, onu Ermənsitan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.
Azərbaycanlılara işgəncə verən L. Mktrtıçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.
O 2020-ci il 15 oktyabrda əsgər Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib. Həmin gün o Azərbaycan Ordusu tərəfindən saxlanılıb.
İttiham aktına görə, Xosrovyan Alyoşa qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahar əldə edib.
O, Birinci Qarabağ Müharibəsində Dağlıq Qarabağ bölgəsində yaşayan bir qrup erməni silahlı birləşmənin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Kazımov Həbibi 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.
O, L. Mkrtçyan və digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğluna Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac susuz saxlayıb.
Xosrovyan Mkrıtçyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.
1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A.Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.
Bundan başqa, o, 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qarın nayihəsindən yaralanan əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nayihəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.
Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsində yaralanan əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib. Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib.
Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılıb.
İttihama münasibət bildirən Lüdvik Mkrtiçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.
A.Xosrovyan isə özünü ittihamlarda qismən təqsirli bilib və 2020-ci il oktyabr ayında qanunsuz olaraq Azərbaycan sərhədini keçdiyini etiraf edib.
Prosesdə təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Hər iki şəxs indiki mərhələdə ifadə verməyib, bildiriblər ki, onlar zərərçəkmişlərin ifadəsindən sonra ifadə verəcəklər.
Daha sonra prosesdə zərərçəkmişlər ifadə verib. Onlar bildiriblər ki, təqsirləndirilən hər iki şəxs onlara əsirlikdə amansız işgəncələr verib.
Növbəti məhkəmə prosesi iyunun 16-na təyin edilib.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.
Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, əmək qabiliyyətli əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 136.8 kiloqram, pensiyaçılar üçün 107.9 kiloqram, uşaqlar üçün 100.5 kiloqramdır. Hesablamalara görə, bir azərbaycanlı gün ərzində təxminən 300-350 qram çörək yeyir.
Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.
Çörək orqanizmin vərdiş etdiyi ənənəvi və qədim ərzaq olmaqla yanaşı, karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminlərlə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Amma qida rasionunda əsas paya malik olan çörək nədənsə, biz azərbaycanlıların orqanizmində narahatlıq yaradır. Əksəriyyət çörək qəbulundan sonra mədə-bağısağında, həzm prosesində diskamfort yarandığından şiakyətlənir. Bunu isə çörəyin standartlara uyğun bişirilmədiyi, hətta ölüyə vurulan hansısa maddədən istifadə ilə əlaqələndirirlər.
“Azərbaycanda çörəyə hansısa maddələr vurulur”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, Dünya Ərzaq Proqramının verdiyi məlumata görə, Azərbaycan dünyada ən çox çörək istehlak edən ölkədir:
“Ölkəmiz həmçinin, çörək tullantıları ilə bağlı siyahıda da öndə gedir. Çörəyin çox istehlak edilməsinə milli adət-ənənələr, vərdişlər, müharibə və s. təsir edir. Lakin çörəyin tullantıya çevirilməsinin digər səbəbi qiymətlərinin sabit qalmasıdır. Hökumət çörəyin qiymətini sabit saxlamaq üçün müəyyən işlər görür, inzibati yollarla bazara təsir edir. Dünya bazarında unun və buğdanın qiyməti qalxsa da, Azərbaycanda çörək qiymətləri sabitdir. Baxmayaraq ki, bazar iqtisadiyyatına ziddir, ölkədə bazara təsirlər çoxdur. Hökumətin çalışdığı odur ki, bazarda bolluq yaratsın, azad rəqabət olsun, ucuz və keyfiyyətli çörək istehsal olunsun. Amma belə bir şəraitdə çörək istehsalçıları “qırmızı xətt”in üstündə dayanmaqla bərabər, çörəyin çəkisini və keyfiyyətini aşağı salmaq yolunu seçirlər. Keyfiyyəti aşağı olan çörək isə tullantıya çevirilir. Təəssüf ki, bu sahədə problem gözlə görüləcək dərəcədə çoxdur. Azərbaycanda çörək biznesi liberallaşmış biznesdir, yəni kim istəsə bu bizneslə məşğul ola bilər. Amma hökumət bazara adminstrativ yollarla təsir etdiyi üçün qiymətlər sabit, keyfiyyət isə aşağıdır”.
“Çörək standartlara uyğun bişirilmir”
Hüquq müdafiəçisinin sözləriə görə, ölkədə bəzi zavodlarda çörək standartlara uyğun bişirilmir:
“Çörəyin nəmliyini artırmaqla çəkiyə təsir edirlər. Bu isə çörəyin tez xarab olmasına, ən əsası insan sağlamlığına mənfi təsir etməsinə gətirib çıxarır. Odur ki, insanlar arasında “çörəyi yedikdən sonra köp əmələ gəldi”, “mədəmdə narahatlıq yarandı” və s. kimi şikayətlər çoxalır. Bizə məlumatlar gəlir ki, çörəyin yumşaqlığını, qabarıqlığını artırmaq üçün ona hansısa maddə qarışdırırlar. Təəssüf ki, bu maddəni hələ aşkar edə bilməmişik. Onun dezinformasiya olması da istisna edilmir. Eyni zamanda, əhalinin diyetik çörəklərdən şikayətləri çoxdur. İnsanlarda qara çörəklərə rəngdəyişdirən hansısa maddələrin qatılması şübhəsi var. Bu da açıq məsələdir, araşdırma aparılmalıdır. Bununla yanaşı, ölkədə normal, standartlara uyğun çörək istehsal edən zavodlar da var”.
“Çörəyin bişirilmə standartları qanunla tənzimlənir”
Ölkəmizdə qida məsələlərinə cavabdeh olan qurumun -AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Modern.az-ın çörəyin keyfiyyəti və standartlara nə dərəcədə uyğun olması ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, bütün prosedurlar qanunla tənzimlənir:
“Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na 1 nömrəli əlavənin 1.5.2-ci yarımbəndinə əsasən, istehsal edilən çörək-bulka məmulatları üçün mikrobioloji göstəricilər qismində çörəkdə kartof xəstəliyinin törədicisi olan Bacillus mesentericus, habelə maya və kif göbələlər, un və un məmulatlarına aid edilən, həmçinin milli çörək məmulatı sayılan yuxa üçün mikrobioloji göstərici kimi koliform bakteriyaları və kif göbələkləri müəyyənləşdirilib. Bu məhsullarda adıçəkilən mikroorqanizmlərin sayının Qaydalarda göstərilən tələblərə uyğunluğunun təyini zamanı müvafiq beynəlxalq metodlar tətbiq edilir. Mikrobioloji göstəricilərlə yanaşı, çörək və çörək növlərində (zərif çörək-bulka məmulatları da daxil olmaqla) çirkləndirici qismində Deoksinivalenol (DON) və zeranol risk daşıyan maddələr olaraq, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda adıçəkilən çirkləndiricilərə dair normalar müəyyənləşdirilib.
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində sözügedən norma və qaydalara riayət edilməsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır, qida məhsullarının istehsalı və satış məntəqələrində əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq dövlət nəzarət tədbirləri həyata keçirilir. Dövlət nəzarət tədbirləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə, uyğun olaraq həyata keçirilir”.
Çörək seçərkən nələrə diqqət etməli?
Rəsmi məlumata görə, çörək seçərkən, istehlak edərkən diqqətli olmaq lazımdır:
“Qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükə yaradır. Çörək əsasən buğda və çovdar unundan hazırlanır. Əsas xammal kimi un, duz, su, maya götürülür. Orqanoleptik üsulla çörəyin xarici görünüşü, içliyinin vəziyyəti, dadı, iyi, xəstəliyin olub-olmaması, kənar qarışıqlar müəyyən edilir. Xarici görünüşü çörəyin formasına, üzərinin vəziyyətinə, rənginə, qabığında nöqsanların olmamasına görə qiymətləndirilir. Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlilik eyni zamanda orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. Qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd qəhvəyiyə qədər olur. Kəsiyində qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. İçliyin vəziyyəti kəsilmiş çörəkdə müəyyən edilir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışqan olmamalı və üzərinə yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır. Eyni zamanda, yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli çörək orqanizmdə asan mənimsənilir. Çörəyin səthi hamar, parıltılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif və s. olmamalıdır”.
Un və çörəkdəki təhlükə
AQTA-dan verilən məlumatda həmçinin yüksək qlikemik indeksə malik çörəyin tez kiflənən məhsul olması, bunun isə insan orqanizmi üçün olduqca təhlükəliliyi vurğulanıb:
“Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün. Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun. Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının bir neçə səbəbi vardır:
- istehsal zamanı sanitar normalara riayət olunmaması;
- məhsulun düzgün şəraitdə saxlanılmaması;
- çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması;
- çörəyin yarıçiy bişirilməsi.
Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə bu simptomların meydana gəlməsinə səbəb olur:
allergik rinit;
dəridə səpgi;
epiqastral ağrı;
ürəkbulanması;
qusma;
tezyorulma;
ishal.
“Kifi təmizləyib çörəyi yemək olmaz!”
Agentlik bildirir ki, vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır:
“Bu həm istehsalçıya, həm də istehlakçıya aid olan məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörəyi saxladığınız yerin təmiz, quru, havalandırılmış olmasını təmin edin. Çörəkqabını tez-tez yuyub qurulayın. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşüb, həşəratları cəlb etməsinə imkan verməyin. Çörəyi sellofanda saxlamayın. Əgər çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Ona görə də hər iki çörəyi daha istifadə etməyin.
İsti və nəmli mühitdə saxlandığı zamanı çörəyin daxilində yapışqanlıq da meydana gələ bilir. Çörəkdə yapışqanlığın meydana gəlməsinə Bacillus mesentericus bakteriyası səbəb olur və bu kartof xəstəliyi adlandırılır. İstiyə dözümlü olduğu üçün bu bakteriyanın sporları bişirmə zamanı sağ qala bilər. Çörək soyudulduqda bu sporlar vegetativ formaya keçir və əlverişli şəraitdə çoxalırlar. İlkin əlamət olaraq yemiş qoxusuna bənzər bir qoxu ilə özünü biruzə verir və daha sonra getdikcə rəngində dəyişikliklər baş verir. Bu yapışqan çörəklərin istehlak edilməsi insan sağlamlığı üçün bir sıra zərərlər törədə bilir. Kartof xəstəliyinə səbəb olan Bacillus sporlarının bəziləri toksinlər istehsal edir və septisemiya və qida zəhərlənməsinə səbəb olur. Kartof xəstəliyi əmələ gələn çörəkləri istehlak edən insanlarda ürək bulanması, qusma, ishal, baş ağrısı və titrəmə kimi simptomlar müşahidə edilir. Çörək məhsuları istehlaka hazır məsullar olduğu üçün tam qablaşdırılmalıdır. Gün ərzində istehlak ediləcək çörək təzə və yumşaq qalması üçün qaranlıq, sərin və quru yerdə saxlanmalıdır. İsti havalar və nəmli mühit mikroorqanizmlərin böyüməsi üçün əlverişli şərait olduğu üçün çörəyin dondurucuda saxlanması daha məqsədəuyğundur.
Qeyd edilib ki, açıq şəkildə satılan çörək-bulka, unlu qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməli və bu məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməlidir”.
Qeyd edək ki, satış mərkəzlərində təqdim olunan un və un məmulatlarının istehsalı, satışı və ilə bağlı vətəndaşların hər hansı bir şikayəti olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.

Gülşən RAUFQIZI

 

Ötən ilin oktyabrından fəaliyyətsiz qalan Bakı metropoliteni bu gün səhər saat 06:00-dan öz qapılarını sərnişinlərin üzünə açıb.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

1 -dən səhifə 9